“Kilsə ona qarşı hücumlar təşkil edənlərin istifadə etdiyi söz ehtiyatından istifadə edə bilməz”.
Bizim.Media xəbər verir ki, bu sözləri Eçmiədzin Katibliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan erməni mediasına açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın ruhanilərə qarşı səsləndirdiyi tənqidi fikirləri şərh edərkən deyib.
Arxiyepiskop bildirib ki, Paşinyanın konkret olaraq hansı din xadimini nəzərdə tutduğunu bilmir, çünki baş nazir yetərincə təhqiramiz formada naməlum bir yepiskopu qeyri-qanuni cinsi əlaqədə ittiham edib.
“Bilmirəm, özündən soruşun”, – deyə Xaçatryan Paşinyanın səs yazısını nəzərdə tutaraq bildirib.
O, Paşinyanın istifadə etdiyi lüğəti ölkə rəhbərinə yaraşmayan adlandırıb və qeyd edib ki, baş nazirin söylədikləri böhtandan başqa bir şey deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:18 / 03.06.2025
Kilsə Paşinyana cavab verdi: “Bu, böhtandan başqa bir şey deyil” - FOTO
Hazırda oxunan: Kilsə Paşinyana cavab verdi: “Bu, böhtandan başqa bir şey deyil” - FOTO
Hazırda oxunan: Kilsə Paşinyana cavab verdi: “Bu, böhtandan başqa bir şey deyil” - FOTO
252859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.