“Reaksiya belədir ki, bu müharibəyə son qoyulmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Leavitt Trampın dünən Rusiya aerodromlarına edilən hücuma reaksiyasını şərh edərkən bildirib.
“Müharibə hər iki tərəf üçün amansız olub və çox sayda insan həyatını itirib. Prezident istəyir ki, bu müharibə danışıqlar masası arxasında başa çatsın və o, bunu hər iki liderə həm açıq şəkildə, həm də qapalı görüşlərdə aydın şəkildə çatdırıb,” – deyə Ağ Evin mətbuat katibi vurğulayıb.
Leavitt həmçinin Trampın İstanbul danışıqları ilə bağlı fikrini də açıqlayıb: “Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır, lakin Rusiya və Ukrayna arasında birbaşa danışıqları görmək istərdi”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:45 / 02.06.2025
Ağ Ev: “Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır”
Hazırda oxunan: Ağ Ev: “Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır”
Hazırda oxunan: Ağ Ev: “Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır”
252721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.