İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib.
Bizim.Media xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlayıb.
Açıqlamada Qəzza zolağında son 24 saatda 37 cəsədin və 136 yaralının xəstəxanalara gətirildiyi, cəsədlərdən 5-nin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslərə aid olduğu bildirilib.
İsrailin Qəzza zolağında martın 18-də atəşkəsi birtərəfli qaydada pozmasından indiyədək 4149 fələstinli həlak olub, 12149 fələstinli isə yaralanıb.
Nazirlik bəzi cəsədlərin hələ də dağıntılar altında olduğunu bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:37 / 01.06.2025
Qəzzada həlak olanların sayı AÇIQLANDI
Hazırda oxunan: Qəzzada həlak olanların sayı AÇIQLANDI
Hazırda oxunan: Qəzzada həlak olanların sayı AÇIQLANDI
252503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.