Hindistanın Sikkim ştatında 1 500-dən çox turist güclü musson yağışları nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri səbəbindən təcrid vəziyyətinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Mint" qəzeti məlumat yayıb.
Torpaq sürüşməsi səbəbindən turistlərin olduqları ərazilərə gedən yollar bağlanıb. Ştata istirahətə gedənlərə hava şəraitinin yaxşılaşmasına qədər hotellərdə qalmaları tövsiyə olunur.
Davam edən yağışlar və Tista çayında yüksək su səviyyəsi ilə əlaqədar yerli hökumət qırmızı həyəcan səviyyəsi elan edib.
Bundan əvvəl Hindistanın şimal-şərq ştatlarında musson yağışları səbəbindən yaranmış daşqın və torpaq sürüşməsi nəticəsində 32 nəfərin öldüyü bildirilirdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:54 / 01.06.2025
Hindistanda DƏHŞƏT: Turistlər yağışa görə hotellərdən çıxa bilmədi - 32 ÖLÜ VAR
Hazırda oxunan: Hindistanda DƏHŞƏT: Turistlər yağışa görə hotellərdən çıxa bilmədi - 32 ÖLÜ VAR
Hazırda oxunan: Hindistanda DƏHŞƏT: Turistlər yağışa görə hotellərdən çıxa bilmədi - 32 ÖLÜ VAR
252483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.