Rusiyada 24 saat ərzində 2 körpü uçdu: Ölənlər və yaralananlar var - FOTO

Rusiyada 24 saat ərzində 2 körpü uçdu: Ölənlər və yaralananlar var - FOTO

Hazırda oxunan: Rusiyada 24 saat ərzində 2 körpü uçdu: Ölənlər və yaralananlar var - FOTO

252412

İyunun 1-də Moskva vaxtı ilə saat 02:21-də (Bakı vaxtı ilə 03:21-də - red.) Rusiyanın Kursk vilayətində körpü uçub.

Bizim.Media xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları"nın Mətbuat Xidməti məlumat yayıb.
 

Məlumata görə, hadisə nəticəsində yalnız bir nəfər - maşinist xəsarət alıb:


"Yük qatarının üç boş vaqonu və teplovoz körpünün uçması səbəbindən relsdən çıxıb. Hadisə zamanı lokomotivin bir hissəsi yanıb, yanğın qısa zamanda söndürülüb".

Bu, Rusiyada 24 saat ərzində ikinci körpü uçması hadisəsidir. Oxşar hadisə mayın 31-də axşam saatlarında Bryansk vilayətində baş verib.

Bryansk vilayətində hadisə nəticəsində sərnişin qatarı relsdən çıxıb və nəticədə yeddi nəfər ölüb, 69 nəfər yaralanıb.

Bryanskın qubernatoru Aleksandr Boqomaz qatar hərəkətdə olarkən körpünün partladıldığını bildirib.

Rusiya mətbuatı yazır ki, dəmir yolu körpülərinin uçmasının səbəbi dayaq hissələrinin partladılması olub.

Bildirirlər ki, Kursk yaxınlığında naməlum şəxslər iki partlayıcı qurğu yerləşdirib: biri körpünün dayağına, digəri isə körpünün başlanğıcından təxminən 30 metr əvvəl dəmir yolu xəttinin altına.
Nəticədə körpünün bir hissəsi avtomobil yolunun üzərinə çöküb. Lokomotivin ön hissəsi uçaraq aşağı düşüb, arxa hissəsi isə körpünün uçan yerində asılı vəziyyətdə qalıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO