ABŞ-Ermənistan arasında saziş İMZALANDI

ABŞ-Ermənistan arasında saziş İMZALANDI

Hazırda oxunan: ABŞ-Ermənistan arasında saziş İMZALANDI

252194

Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüş zamanı Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.

 

Ermənistan mətbuatının məlumatına görə, ABŞ tərəfi Ermənistanda aparılan müdafiə islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib.

 

Papikyan və Kuin, həmçinin “Ermənistan hökuməti ilə ABŞ hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” sazişin müddətinin uzadılmasına dair saziş imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO