Afrika qitəsi parçalanmağa başlayıb

Afrika qitəsi parçalanmağa başlayıb

Hazırda oxunan: Afrika qitəsi parçalanmağa başlayıb

252106

Alimlərin Afrika qitəsinin parçalanmağa başladığına dair yeni sübutları var.

Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, "Geophysical Research Letters" jurnalında dərc olunan bir araşdırmaya görə, Şərqi Afrika Riftinin altında Yer mantosundan qalxan güclü və isti maddə axını yavaş-yavaş litosferi içəridən parçalayır.

Alimlər Keniyada yerləşən Menenqay vulkanik kalderasında bir geotermal mənbədən çıxan qazları analiz ediblər.

Bu qazlardakı neon izotoplarının tərkibi Tanzaniya, Efiopiya və hətta Havay adalarındakı vulkanik süxurların tərkibi ilə demək olar ki, eynidir. Bu isə onu göstərir ki, bu bölgələrin hamısının ortaq dərinlikdə yerləşən bir mənbəyi ola bilər — Yer nüvəsinin sərhədindən yüksələn nəhəng bir manto "plümü".
 

Belə bir plüm (yəni isti manto sütunu) zamanla yer qabığını əridərək çatlar yaradır. Məhz bu cür çatlaqlar qitələrin milyonlarla il ərzində bir-birindən ayrılmasına səbəb olur. Geoloqlar artıq uzun müddətdir ki, Şərqi Afrika Rift Sistemi genişlənməkdədir deyə biliriblər. Lakin indi məlum olub ki, bu proses yalnız səthdə yox, Yer kürəsinin dərinliklərində də baş verir.


Əgər bu proseslər bu templə davam etsə, milyon illər ərzində Afrika iki qitəyə bölünə bilər və yaranmış çatlaq boyunca yeni bir okean formalaşa bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO