Rusiyanın Novosibirsk şəhərində məişət münaqişəsi zəminində 43 yaşlı oğlunu vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən yerli sakin saxlanılıb.
Bizim.Media xəbər verir ki, ölümlə nəticələnən hadisə mayın 28-də axşam saatlarında Zaeltsovski rayonunda baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, həmin şəxs atasının yanına gəlib və qohumlar arasında mübahisə düşüb. Bu zaman ata xəncəri götürərək oğlunun sinəsinə bir neçə zərbə endirib. Kişi aldığı yaralardan yerindəcə keçinib.
Cinayətdən sonra kişi qanlı paltarda küçəyə qaçaraq qışqırmağa başlayıb: "Onu niyə öldürdüm!?"
Bu zaman onu yoldan keçənlər görüb və polisə müraciət ediblər.
Təqsirləndirilən şəxs qətldə ittiham olunub, o, saxlanılıb, həbsi ilə bağlı məsələ həll edilir./Lent.az
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:07 / 29.05.2025
Ata qonaq gələn oğlunu xəncərlə öldürdü
Hazırda oxunan: Ata qonaq gələn oğlunu xəncərlə öldürdü
Hazırda oxunan: Ata qonaq gələn oğlunu xəncərlə öldürdü
252007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.