Melaniya Tramp əsəbiləşdi: Yalandır...

Melaniya Tramp əsəbiləşdi: Yalandır...

Hazırda oxunan: Melaniya Tramp əsəbiləşdi: Yalandır...

251721

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evin Harvard Universiteti ilə bağlı siyasəti ilə kiçik oğlu Berronun oraya daxil olmaq cəhdləri arasında əlaqənin olması ilə bağlı şayiələri təkzib edib.

Bizim.Media xəbər verir ki, birinci ledinin ofisindən verilən açıqlamanı The New York Post yayıb.

Açıqlamada qeyd olunur:

"Berron Harvarda müraciət etməyib və onun və ya onun adından hər hansı birinin müraciət etdiyinə dair hər hansı bir iddia yalandır".

Qeyd edək ki, Tramp və ətrafının Harvard Universitetinə qarşı qərəzli münasibətini bir çoxları onun kiçik oğlunun universitetə qəbul edilməməsi ilə əlaqələndirir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO