İsrail və Suriya arasında birbaşa danışıqlar olub - KİV

İsrail və Suriya arasında birbaşa danışıqlar olub - KİV

Hazırda oxunan: İsrail və Suriya arasında birbaşa danışıqlar olub - KİV

251675

İsrail və Suriya arasında bir neçə dəfə birbaşa danışıqlar baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşr qeyd edib ki, sərhəddəki gərginliyi azaltmaq üçün İsrail və Suriya arasında birbaşa danışıqlar aparılıb.

"Bu, hələ başlanğıcdır. Danışıqlarda əsas diqqət yeni zorakılıq hadisələrinin qarşısının alınması və İsrailə Suriyanın işğal olunmuş sərhəd bölgələrindən çıxması üçün təzyiq edilməsi olub", - nəşrin mənbələrindən biri qeyd edib.

Bildirilib ki, məhz BƏƏ ilkin təmas qurmaq üçün tərəflər arasında platforma olub:

“Suriya nümayəndə heyətinə ölkənin cənubundakı Quneytra əyalətinin qubernatoru, Suriya prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd əl-Şibaninin etimadını qazanan keçmiş müxalifət nümayəndəsi Əhməd əl-Dəlati rəhbərlik edib”.
 

Mənbələrin məlumatına görə, danışıqların bir raundu əvvəllər İsrail qüvvələrinin yerləşdiyi Quneytra əyalətində baş tutub.


İsrail və Suriya rəsmiləri hələlik yayılan məlumatlara rəsmi münasibət bildirməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO