ABŞ Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi (DIA) son illər Rusiyanın Cənubi Qafqazda artan nüfuzundan narahatlığını ifadə edib. İdarənin qlobal təhlükələrə dair son hesabatında bildirilir ki, Rusiya demək olar ki, Gürcüstanı öz təsir dairəsinə qaytarmağa nail olub. Hesabatda qeyd olunur ki, hakim “Gürcü Arzusu” partiyasının formalaşdırdığı siyasi mühit Rusiyanın ölkədəki təsir imkanlarını genişləndirməsinə şərait yaradıb. Bu tendensiya xüsusilə ötən ilin oktyabrında keçirilmiş parlament seçkilərindən sonra daha da güclənib.
Bizim.Media xəbər verir ki, bununla yanaşı, Rusiya ilə Ermənistan arasında münasibətlərin ötən il ərzində gərgin qaldığı vurğulanır. Hesabatda qeyd olunur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalı barədə açıq şəkildə xəbərdarlıq edib.
Hesabatda Rusiyanın Ermənistandakı demokratik təsisatları və daha Qərbyönlü rəhbərliyi gözdən salmaq üçün informasiya əməliyyatları apardığı bildirilir. Bu nəticələr ABŞ-ın Cənubi Qafqazda vəziyyətin qeyri-sabitliyindən və Rusiyanın keçmiş sovet respublikaları üzərində nəzarəti bərpa etmək cəhdlərindən narahatlığını əks etdirir.
Qeyd edək ki, hesabatda Rusiya ilə Azərbaycan arasında münasibətlərin qiymətləndirilməsi yer almayıb.
Hərbi kəşfiyyatın hesabatında həmçinin Rusiyanın Mərkəzi Asiyada ənənəvi təsir alətlərini qoruyub saxladığı qeyd olunur. Moskvanın region dövlətləri ilə tarixi, iqtisadi, siyasi, hərbi və mədəni bağları sayəsində, müəyyən fərqliliklərə baxmayaraq, Mərkəzi Asiyada davamlı mövcudluğunu təmin edə bildiyi vurğulanır.
Rusiya bu regionun təhlükəsizliyini öz milli təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qəbul edir və bu məqsədlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərindən – o cümlədən KTMT, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində – istifadə edir. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin Rusiya qazı və neft infrastrukturundan asılılığı Moskvanın bu dövlətlərə təzyiq göstərməsi üçün mühüm vasitə olaraq qalır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:50 / 27.05.2025
ABŞ Hərbi Kəşfiyyatından SENSASİON HESABAT – "Rusiya Gürcüstanı ələ alıb, Ermənistan isə..."
Hazırda oxunan: ABŞ Hərbi Kəşfiyyatından SENSASİON HESABAT – "Rusiya Gürcüstanı ələ alıb, Ermənistan isə..."
Hazırda oxunan: ABŞ Hərbi Kəşfiyyatından SENSASİON HESABAT – "Rusiya Gürcüstanı ələ alıb, Ermənistan isə..."
251625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.