Qız futbolçu matç zamanı VƏFAT ETDİ - FOTO

Qız futbolçu matç zamanı VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Qız futbolçu matç zamanı VƏFAT ETDİ - FOTO

251564

15 yaşlı futbolçu matç zamanı ölüb.

Bizim.Media “Daily Mail”ə istinadla xəbər verir ki, Meksikada keçirilən futbol matçı zamanı 15 yaşlı oyunçunun vəfatından sonra araşdırma başladılıb.

Atziri Ledif Galeana Valensiya adlı qız futbolçu "Chivas Lcz" komandasının heyətində "Toriz"ə qarşı keçirilən final matçında iştirak edərkən huşunu itirib və yerə yıxılıb.

Hadisənin 72-ci dəqiqədə, 34 dərəcədən yüksək temperaturun müşahidə olunduğu isti hava şəraitində baş verdiyi və oyunçunun günvurmadan öldüyü güman edilir.

Hadisə yerində ona süni tənəffüs, oksigen və soyuq kompreslər tətbiq olunsa da, Atziri xəstəxanaya aparıldıqdan sonra həyatını itirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO