Trampın səbr kasası doldu: Putinə qarşı SƏRT ADDIM ATACAQ

Trampın səbr kasası doldu: Putinə qarşı SƏRT ADDIM ATACAQ

Hazırda oxunan: Trampın səbr kasası doldu: Putinə qarşı SƏRT ADDIM ATACAQ

251546

ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiya ilə bağlı sanksiyalar tətbiq edə bilər.

Bizim.Media xəbər verir ki, bunu “The Wall Street Journal” nəşri yazıb.

Məqalədə deyilir ki, Tramp bu həftə Moskvaya qarşı sanksiyaları tətbiq etməyi nəzərdən keçirir.

Nəşrə danışan mənbələrdən birinin sözlərinə görə, təklif edilən məhdudiyyətlər yeni bank sanksiyalarını əhatə etməyə bilər, lakin digər variantlar aktiv şəkildə müzakirə olunur.

Başqa bir mənbə bildirib ki, Tramp artıq sülh danışıqlarından bezib və onlardan tamamilə imtina etməyi düşünür.

Eyni zamanda, Ağ Evin mətbuat katibi Karolin Livitt The Wall Street Journal qəzetinə açıqlamasında qeyd edib:

“Prezident Tramp açıq şəkildə bəyan edib ki, o, danışıqlar yolu ilə əldə olunacaq sülh sazişini istəyir”.

Xatırladaq ki, daha əvvəl Nyu-Cersidə jurnalistlər qarşısında çıxış edən ABŞ Prezidenti Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini ciddi şəkildə düşündüyünü bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO