Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

Hazırda oxunan: Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

251416

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.

 

Sfera.az bildirir ki, Mint Batterfild adlı qız sonuncu dəfə bazar günü Kaliforniyanın Bolinas şəhərində saat 22:00-da görülüb. “San Francisco Standard” xəbər saytının məlumatına görə, Batterfildin anası, “Flickr”in qurucusu Katarina Feyk bazar ertəsi qızının itkin düşdüyünü bildirib.

 

 

Qeyd olunub ki, Batterfild yoxa çıxan zaman anası ilə birlikdə yaşayırmış və Napa bölgəsindəki özəl internat məktəbində oxuyurdu.

 

"Mint sonuncu dəfə qara sviter, pijama şalvarı və qara çəkmə geyinib”, - səlahiyyətlilər bildirib.

 

Açıqlamada itkin düşən qızın boz rəngli çamadan daşıdığı da qeyd edilib. Onun açıq havada narkotik bazarı ilə tanınan San-Fransisko şəhərinin mərkəzindəki “Tenderloin”ə qaçdığı güman edilir.

 

Mint Butterfildin narkotik aludəçisi olduğu da məlum olub.

 

 

Qeyd edək ki, itkin düşən qızın atası Stüart Batterfild 2013-cü ildə “Slack” mesajlaşma proqramının yaradıcılarından biri olub, lakin 2021-ci ildə “Salesforce” adlı platformanı 28 milyard dollara aldıqdan sonra şirkəti tərk edib. “Forbes”in məlumatına görə, şirkətin sərvəti təxminən 1,6 milyard dollardır.

 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO