Fransada taksi sürücüləri ilə polis arasında TOQQUŞMA

Fransada taksi sürücüləri ilə polis arasında TOQQUŞMA

Hazırda oxunan: Fransada taksi sürücüləri ilə polis arasında TOQQUŞMA

251279

Fransada taksi sürücülərinin etiraz nümayişi davam edir.

Bizim.Media xəbər verir ki, yüzlərlə taksi Parisin mərkəzinə toplaşıb. Onlar oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalara və tariflərə etirazlarını bildirirlər. Taksi sürücüləri etiraz nümayişini mayın 27-dək davam etdirəcəklərini söyləyiblər.

Parisin mərkəzində dolaşan taksilər ictimai nəqliyyata da maneələr yaradıb. Polis etiraz nümayişi edən taksiləri müşayiət edib.

Qeyd edək ki, ötən həftə etirazçılar yola şlaqbaumlar qoymuş, zibil qutularını yandırmışdılar. Polislə sürücülər arasında toqquşma olmuşdu.

Milli Taksi Federasiyası bir çox şəhərlərdə yeni toplantılar elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO