Səudiyyə Ərəbistanında alkoqollu içkilərin istifadəsinə icazə veriləcək?

Səudiyyə Ərəbistanında alkoqollu içkilərin istifadəsinə icazə veriləcək?

Hazırda oxunan: Səudiyyə Ərəbistanında alkoqollu içkilərin istifadəsinə icazə veriləcək?

251254

2026-cı ildən Səudiyyə Ərəbistanı Krallığında 600 turizm məkanında alkoqollu içkilərin istehlakına icazə veriləcək.

Bizim.Media “travelandtourworld” saytına istinadən xəbər verir ki, siyahısı qabaqcadan müəyyənləşdirilmiş turizm obyektlərində məhdud miqdarda alkoqol – pivə və şərab istehlakı mümkün olacaq.

Saytın məlumatına görə, icazə beşulduzlu hotellərin və kurortların, xarici markalarla tərəfdaşlıq edən icazəli turizm kəndlərinin daxilində tətbiq olunacaq.

İctimai yerlərdə, pərakəndə satış məkanlarında, vətəndaşların evlərində alkoqol satışı və istifadəsi qadağan olaraq qalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı “2030-cu il: Gələcəyə baxış” proqramı çərçivəsində turizmin ÜDM-də payını 10 faizə çatdırmağı və ildə 100 milyon turisti cəlb etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO