Rusiyanın Çelyabinsk vilayətində ana 12 yaşlı qızının ölümünü sifariş edib.
Bizim.Media xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb.
Hadisə Qızılski rayonunun İzmailovski qəsəbəsində baş verib. Belə ki, dörd uşaq anası olan 46 yaşlı qadın 36 yaşlı dostunu evinə çağırıb və pis davranışına görə dördüncü sinifdə oxuyan qızından qurtulmaqda ona köməklik etməsini xahiş edib.
O, dostundan 100 min rubl qarşılığında qızını Bolşaya Karaqanka çayında boğmağını istəyib. Kişi isə uşağı öz evində gizlədib və polisə müraciət edib.
Bundan sonra qızın anası saxlanılıb və ona qarşı azyaşlı uşağı öldürməyə təhrik maddəsi ilə cinayət işi açılıb. Onu 15 ilə qədər həbs cəzası gözləyir.
Bizim.Media