“Vaşinqtonda yəhudi tədbiri zamanı törədilən dəhşətli terror aktı bizi dərindən sarsıtdı”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında paylaşımında qeyd edib.
Onun sözlərinə görə, hücum zamanı qətlə yetirilən israilli diplomatlar Yaron və Sara gələn həftə nişanlanmalı idi:
“Bunun əvəzində isə, biz onları kədərlə dəfn etməyə hazırlaşırıq. Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür etmək istəyirəm”.
Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. İnsidenti törətməkdə şübhəli bilinən 30 yaşlı Elias Rodriges saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:01 / 22.05.2025
Qətlə yetirilən israilli diplomatların gələn həftə nişanı olacaqdı - FOTO
Hazırda oxunan: Qətlə yetirilən israilli diplomatların gələn həftə nişanı olacaqdı - FOTO
Hazırda oxunan: Qətlə yetirilən israilli diplomatların gələn həftə nişanı olacaqdı - FOTO
250680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.