Ermənistanın sabiq prezidenti Serj Sarkisyan növbəti dəfə müxalifətin əsas hədəflərini
açıqlayıb.
Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.
Onun sözlərinə görə, hazırkı hakimiyyət hər gün Ermənistanın maraqlarına zərbə vurur və bir il də gözləmək böyük səhv olar:
“Mənim yaşımda olan insanlar bilir ki, tariximizdə çox şey mümkün görünməsə də, baş verib.
İndi də elə bir vaxtdır. Fikirləşin, bu hakimiyyət bir neçə ay içində sülh sazişi imzalasa, rus sərhədçiləri və hərbi bazası çıxarılacaq desə – bu, Ermənistanın təhlükəsizliyini artıracaqmı? Əksinə, bu, təhlükəni artıracaq.”
O düşünür ki, sülh sazişinin mətnini heç kim bilmir və orada Ermənistan üçün mənfi məqamlar üstünlük təşkil edir:
“Əgər belə bir saziş imzalanarsa, sonra müxalifət hakimiyyətə gəlsə belə, onun ləğvi asan olmayacaq. Bir il boş yerə gözlədik, sadəcə onları tənqid etdik, heç nə etmədik”.
Sarkisyan həmçinin ehtimal edir ki, yaxın aylarda Ermənistanın növbəti ərazisi – Tavuş Azərbaycana verilə bilər:
“Əgər verilsə və sonra biz hakimiyyətə gəlsək, onu geri qaytara biləcəyikmi? Nə edəcəyik onda?”.
Sarkisyan jurnalistin “Sizlə Robert Koçaryan arasında fikir ayrılığı daha vacibdir, yoxsa Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq?” sualına belə cavab verib:
“Mən dəfələrlə demişəm: bizim məqsədimiz hakimiyyətə gəlmək deyil, məqsədimiz, bu hakimiyyəti dəyişməkdir. Mənim iki şəxsi hədəfim var: birincisi – bu rejimin devrilməsi, ikincisi –dostlarımın Bakı türmələrindən geri qaytarılması. Bundan başqa heç nə istəmirəm. Kim nə istəyirsə, buyurub hamısını özü götürsün.”
Xatırladaq ki, Serj Sarkisyan Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə törədilmiş soyqırımda iştirak edən əsas təşkilatçılardan biri kimi tanınır. O, “Karabakh” adlı separatçı dəstənin komandiri və “Dağlıq Qarabağ”dakı erməni hərbi-siyasi strukturlarının əsas fiqurlarından biri olub. 2000-ci illərdə britaniyalı jurnalist Tomas de Vaal ilə müsahibəsində açıq şəkildə etiraf etmişdi ki, Xocalı hadisələrinə qədər azərbaycanlılar arasında “ermənilər mülki insanlara toxunmur” düşüncəsi var idi və bu, dəyişdirilməli idi. Bu etiraf onun soyqırım aktını planlı şəkildə müdafiə etdiyini göstərir.
Bu fakt, Serj Sarkisyanın insan hüquqlarına və beynəlxalq hüquqa zidd cinayətlərdə iştirak etdiyini sübut edən əsas mənbələrdən biridir. Onun bu gün "humanist məqsədlərlə" çıxış etməsi, keçmişdə törətdiyi və heç vaxt məsuliyyət daşımadığı vəhşilikləri xatırlayanda, ciddi riyakarlıq kimi dəyərləndirilə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:50 / 22.05.2025
Serj Sarkisyan: “Həyatda iki əsas məqsədim var: Biri Bakıdan...”
Hazırda oxunan: Serj Sarkisyan: “Həyatda iki əsas məqsədim var: Biri Bakıdan...”
Hazırda oxunan: Serj Sarkisyan: “Həyatda iki əsas məqsədim var: Biri Bakıdan...”
250644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.