Portuqaliyada parlament seçkiləri başa çatdı

Portuqaliyada parlament seçkiləri başa çatdı

Hazırda oxunan: Portuqaliyada parlament seçkiləri başa çatdı

250047

Portuqaliyada növbədənkənar parlament seçkiləri başa çatıb.

Bizim.Media xəbər verir ki, ölkə seçiciləri birpalatalı parlamentin 230 deputatını seçiblər.

Səsvermə əvvəlcə 2028-ci ilə təyin edilmişdi. Bununla belə, mart ayında Portuqaliya Prezidenti Marselu Rebelu di Souza parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarını açıqlamışdı.

Dövlət başçısı bunu martın 11-də Respublika Məclisi siyasi böhran şəraitində hökumətə etimadın rədd edilməsinə səs verdikdən sonra bəyan edib.
 

Seçkiöncəsi sorğular baş nazir səlahiyyətlərini icra edən Luiş Monteneqrunun rəhbərlik etdiyi sağ mərkəzçi “Demokratik Alyans”ın qalib gələcəyini proqnozlaşdırırdı. Siyahıda sonra Sosialist Partiyası və ifrat sağçı siyasi qüvvə "Bəsdir!"nin adı yer alıb.


Səsvermənin ilkin nəticələrinin bu gecə açıqlanacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO