İspaniyada yüzlərlə evsiz hava limanı terminalını “işğal” edib

İspaniyada yüzlərlə evsiz hava limanı terminalını “işğal” edib

Hazırda oxunan: İspaniyada yüzlərlə evsiz hava limanı terminalını “işğal” edib

249941

İspaniyanın ən böyük hava limanı olan Madrid-Barajasda son on ildə evsizlərin sayı kəskin artaraq terminal binalarını sığınacaq yerlərinə çevirib.

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, qeydiyyatsız sakinlərin sayı 50 nəfərdən 500-ə yaxınlaşaraq gündəlik sərnişin axınını narahat edir.

Ən kritik durum Terminal 4-də yaranıb. Məhz buraya əvvəlki illərdə limanın digər hissələrindən evsizlərin əksəriyyəti köçürülüb. Şahidlər bildirirlər ki, insanlar tualetlərin yanından tutmuş informasiya ekranlarının qabağına, restoran zalına qədər hər yerdə, hətta döşəmədə yatırlar.

Hava limanı əməkdaşları sanitar vəziyyətin pisləşməsindən və bəzilərinin bıçaq gəzdirməsi, narkotik maddə istifadə etməsi kimi xoşagəlməz hallardan narahatdır. .

Məlumata görə, buradakı bir çox evsizlər iş bazarında özlərinə yer tapa bilməyən miqrantlardır.

Onların arasında Peru əsilli Fernando da var. O, gecələr “yarı açıq gözlə” yatmağa məcbur olduğunu deyir, çünki soyğunçuluq riski yüksəkdir. Eyni zamanda vurğulayır ki, hamı təhlükəli deyil – çoxları sadəcə ağır sosial durumla üzləşib.

İspaniya rəsmiləri hələ tədbirlər paketini müzakirə edərkən polis terminal ərazilərdə gəzirlər, lakin döşəmədə yatanların sayı azalmaq bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO