Yerə güclü maqnit qasırğası daxil olub – 2 gün davam edəcək

Yerə güclü maqnit qasırğası daxil olub – 2 gün davam edəcək

Hazırda oxunan: Yerə güclü maqnit qasırğası daxil olub – 2 gün davam edəcək

249812

Mayın 17-ə keçən gecədən etibarən Yerə orta güclü maqnit qasırğası daxil olub.

Bizim.Media verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz “Telegram” kanalında məlumat yayıb.

Alimin sözlərinə görə, Günəşin səthindəki tac dəliklərindən birindən çıxan günəş küləyi planetin kosmik havasına təsir göstərməyə başlayıb. Nəticədə Günəş küləyi planetlərarası maqnit sahəsinin komponentlərinin konfiqurasiyasını dəyişib və bu səbəbdən Bakı vaxtı ilə bugün saat 01:00-dan sonra Yer kürəsində maqnitosferin zəif pozuntuları qeydə alınıb.
 

"Bu pozuntular saat 03:00-dan sonra güclənərək G2 sinfinə aid orta səviyyəli maqnit qasırğası səviyyəsinə çatıb", - deyə mütəxəssis əlavə edib.


Sinoptik qeyd edib ki, Yer 19 may da daxil olmaqla sürətli və sıx Günəş küləyi axını içində qalacaq. Buna görə də 17 mayda və növbəti iki sutka ərzində planetin maqnit sahəsi pozuntu vəziyyətində qalmağa davam edəcək. Bu proses əsasən zəif gücə malik maqnit qasırğaları ilə müşayiət olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO