Qəhvə falı əvvəllər əyləncəli vərdiş olsa da, bu dəfə ciddi böhrana səbəb olub. Belə ki, Yunanıstanda bir qadın süni intellektə kofe fincanının fotosunu göndərib. ChatGPT-nin xəyanət eyhamları boşanmaya səbəb olub.
Bizim.Media xəbər verir ki, qadın kofeni içdikdən sonra fincanının fotosunu çəkərək ChatGPT-yə göndərib və aldığı fal yozumundan şoka düşüb.
Süni intellekt falına görə, qadının həyat yoldaşının "evlərinə çox yaxın olan, adı E hərfi ilə başlayan gənc qadınla" münasibət qurmaq istədiyini bildirib.
Qadın bu şərhi doğru qəbul edib və ərini evdən qovub, uşaqlarına ondan boşanmaq qərarına gəldiyini bildirib. Hadisə Yunanıstan televiziyasında və beynəlxalq mətbuatda tez bir zamanda işıqlandırılıb.
Qadının əri isə həyat yoldaşının bəzən yeni tendensiyalarla maraqlandığını və son vaxtlar taleyini izah etmək üçün ChatGPT-dən istifadə etdiyini söyləyib. Bildirib ki, həyat yoldaşının əhvalını pozmaq istəmədiyi üçün bu barədə heç nə deməyib:
"Yazıda E hərfi ilə başlayan bir gənc qadını düşündüyüm və onunla münasibət qurmaq istədiyim deyilirdi. Buna güldüm, amma həyat yoldaşım bunun gerçək olduğunu düşünüb məni evdən uzaqlaşdırdı".
Qadın məhkəməyə müraciət etdikdən sonra kişinin vəkili Phoebus Stroungaris açıqlama verib. O, müvəkkilinin günahsız olduğunu və uşaqların qəyyumluğu üçün əks iddia qaldırıldığını bildirib. (Musavat)
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:43 / 15.05.2025
Qadın ChatGPT-də kofe falına inandı, ərini evdən qovdu
Hazırda oxunan: Qadın ChatGPT-də kofe falına inandı, ərini evdən qovdu
Hazırda oxunan: Qadın ChatGPT-də kofe falına inandı, ərini evdən qovdu
249499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.