Trampın Ukrayna ilə bağlı ANONSU: “Yaxşı xəbərlər olacaq”

Trampın Ukrayna ilə bağlı ANONSU: “Yaxşı xəbərlər olacaq”

Hazırda oxunan: Trampın Ukrayna ilə bağlı ANONSU: “Yaxşı xəbərlər olacaq”

249342

ABŞ Prezidenti Donald Tramp Qətərin əmiri Tamim bin Hamad Al Tani ilə Dohada keçirdiyi görüş zamanı Ukrayna ilə bağlı yaxın günlərdə yaxşı xəbərlərin ola biləcəyini istisna etməyib. 

Bizim.Media xəbər verir ki, onun sözlərini NBC News yayıb.

“Düşünürəm ki, bu gün, bəlkə sabah, bəlkə də cümə günü bizi kifayət qədər yaxşı xəbərlər gözləyir, amma baxarıq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti görüş zamanı həmçinin Dohanın Rusiya və Ukrayna arasında vasitəçilik səylərində “aktiv rol” oynadığını qeyd edib.

Qeyd edək ki, bu gün Tramp bəyan etmişdi ki, əgər Rusiya və Ukraynanın İstanbulda keçiriləcək danışıqlarda razılığa gəlmək şansı olarsa, yaxın günlərdə ora səfər etməyi istisna etmir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO