Putin sirri açdı: Rusiya görün ABŞ-a nə tədarük edir

Putin sirri açdı: Rusiya görün ABŞ-a nə tədarük edir

Hazırda oxunan: Putin sirri açdı: Rusiya görün ABŞ-a nə tədarük edir

249238

Rusiya hələ də ABŞ-a nüvə yanacağı tədarük edir və amerikalılar bu məsələdə çox praqmatik davranırlar. Biz də eyni cür hərəkət etməliyik.

Bizim.Media “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatının üzvləri ilə görüşündə bildirib.

“ABŞ, nə baş verməsindən asılı olmayaraq, çox praqmatik davranır, öz maraqlarını unutmur. Biz hələ də onlara nüvə yanacağı göndəririk. Və məmnuniyyətlə qəbul edirlər. Niyə? Çünki onlara sərfəlidir. Bu düzgün yanaşmadır və onlar bu məsələdə bacarıqlıdırlar. Onların iqtisadiyyatı da kifayət qədər artır. 4,3 faiz olmasa da, onların üçün yetərincə yaxşı göstəricidir”, — deyə Putin qeyd edib.

O əlavə edib ki, ABŞ-dan fərqli olaraq Avropanın əsas iqtisadiyyatları demək olar ki, tənəzzülə uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO