Trampı Səudiyyə Ərəbistanında 6 qırıcı qarşıladı – FOTO/VİDEO

Trampı Səudiyyə Ərəbistanında 6 qırıcı qarşıladı – FOTO/VİDEO

Hazırda oxunan: Trampı Səudiyyə Ərəbistanında 6 qırıcı qarşıladı – FOTO/VİDEO

249137

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

Onu hava məkanında 6 dənə F-15 qırıcı təyyarə müşayiət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezident təyyarəsində olan jurnalistlər yayıblar.

Onların sözlərinə görə, qırıcılar uçuşun son yarım saatında "Air Force One"ın hər iki tərəfində yaxın məsafədə uçublar.

Trampın aparat rəhbərinin müavini Den Skavino müşayiət anının görüntülərini sosial şəbəkədə paylaşıb.

Tramp təyyarədən enərkən yumruğunu havaya qaldıraraq salam verib. Onu uçuş-enmə zolağında vəliəhd şahzadə Məhəmməd bin Salman qarşılayıb. Bin Salman Trampı bənövşəyi xalça ilə örtülmüş yol boyunca müşayiət edərək görüşün keçiriləcəyi məkana aparıb. Burada Səudiyyə Ərəbistanının de-fakto lideri qonaq üçün qəhvə mərasimi təşkil edib.

Səfərdə Trampı ABŞ-ın müdafiə naziri Pit Hegset, dövlət katibi Marko Rubio, energetika naziri Kris Rayt və ticarət naziri Hovard Lutnik müşayiət edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO