“Ukraynada hamımız istərdik ki, Tramp Türkiyədə Rusiya tərəfi ilə baş tutacaq görüşdə yanımızda olsun. Bu düzgün fikirdir. Görüşdə biz çox şeyi dəyişə bilərik. Prezident Ərdoğan həqiqətən də ən yüksək səviyyədə görüş təşkil edə bilər. Kömək edən hər kəsə təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenksi sosial şəbəkə hesabında yazıb.
"Mən Donald Trampı tam və qeyd-şərtsiz atəşkəs ideyası ilə dəstəklədim. Və biz həqiqətən də sülh istəyirik, öz tərəfimizdən sükutu təmin etməyə hazırıq. Mən prezident Trampı Putinlə birbaşa danışıqlar ideyası ilə dəstəklədim.
Açığı dedim ki, görüşə hazıram. Türkiyədə olacam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar”, - Zelenski qeyd edib.
Qeyd edək ki, daha əvvəl Donald Tramp da Ağ Evdə keçirdiyi brifinq zamanı mayın 15-də İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danaışıqlara qatılma ehtimalının olduğunu açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:15 / 12.05.2025
Zelenski: “İstərdik ki, Tramp Türkiyədə yanımızda olsun”
Hazırda oxunan: Zelenski: “İstərdik ki, Tramp Türkiyədə yanımızda olsun”
Hazırda oxunan: Zelenski: “İstərdik ki, Tramp Türkiyədə yanımızda olsun”
248976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.