Polşa Rusiyanın Krakov şəhərindəki baş konsulluğunu bağlamaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkədə yazıb.
Sikorski, həmçinin Rusiya xüsusi xidmət orqanlarını Marivilskaya küçəsində yerləşən ticarət mərkəzinə qarşı diversiya aktlarında ittiham edib.
Bundan əlavə, dünən Polşanın baş naziri Donald Tusk, baş prokuror Adam Bodnar və daxili işlər və administrasiya naziri Tomaş Semyonyak bəyan ediblər ki, Marivilskaya küçəsindəki ticarət mərkəzində baş verən yanğınla bağlı araşdırmanın izləri Rusiyaya aparır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:47 / 12.05.2025
Polşa Rusiyanın baş konsulluğunu bağlayır
Hazırda oxunan: Polşa Rusiyanın baş konsulluğunu bağlayır
Hazırda oxunan: Polşa Rusiyanın baş konsulluğunu bağlayır
248873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.