Ərdoğan-Bayden görüşündə masa üzərindəki maraqlı detal - FOTO

Ərdoğan-Bayden görüşündə masa üzərindəki maraqlı detal - FOTO

Hazırda oxunan: Ərdoğan-Bayden görüşündə masa üzərindəki maraqlı detal - FOTO

24847

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasındakı təkbətək görüş zamanı masa üzərndəki bir detal diqqəti cəlb edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Haber Global” televiziyası yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanla Bayden arasında görüş başa çatdı - YENİLƏNİB - FOTO


Mənbə yazır ki, 45 dəqiqə davam edən görüşdən sonra Ərdoğan amerikalı həmkarına kitab hədiyyə edib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən hazırlanmış "Turkey's Fight Against Terrorism” (Türkiyənin Terrorizmlə Mübarizəsi) adlı kitabda ölkənin İŞİD, PKK/YPG kimi teror təşkilatlarına qarşı fəaliyyəti, eləcə də "Sülh çeşməsi” hərəkatı və Türkiyənin milyonlarla suriyalıya ev sahibliyi etməsi barədə məlumatlar yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO