Ledi Qaqa Braziliyada Madonnanın rekordunu geridə qoydu - FOTO

Ledi Qaqa Braziliyada Madonnanın rekordunu geridə qoydu - FOTO

Hazırda oxunan: Ledi Qaqa Braziliyada Madonnanın rekordunu geridə qoydu - FOTO

247579

ABŞ-lı məşhur müğənni Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyində pulsuz konsert verib.

Bizim.Media xəbər verir ki, konsertə 2 milyondan çox insan qatılıb.

Ledi Qaqa səkkizinci albomu olan “Mayhem”in təqdimat turu çərçivəsində bu nəhəng konserti həyata keçirib.

Rio rəhbərliyi tərəfindən yerli iqtisadiyyatı canlandırmaq məqsədilə maliyyələşdirilən tədbirin şəhərə təxminən 100 milyon dollar gəlir gətirəcəyi gözlənilir.

Məlumata görə, Ledi Qaqanın konserti 1 milyon 600 min nəfərin iştirak etdiyi Madonnanın əvvəlki rekordunu geridə qoyaraq, Braziliya tarixində ən çox insanın qatıldığı pulsuz konsert olub.

Konsertdə təhlükəsizliyin təmin olunması üçün 5 min polis əməkdaşı xidmət aparıb, həmçinin pilotsuz uçuş aparatları və üz tanıma kameraları da tədbirə nəzarət məqsədilə istifadə olunub.

Qeyd edək ki, Madonna ötən ilin may ayında Kopakabana çimərliyində pulsuz konsert vermişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO