Almaniyalı hərbçidən ŞOK AÇIQLAMA: “Qoşunlarımız Qarabağda Azərbaycana qarşı döyüşsəydi, şansı olmazdı

Almaniyalı hərbçidən ŞOK AÇIQLAMA: “Qoşunlarımız Qarabağda Azərbaycana qarşı döyüşsəydi, şansı olmazdı"

Hazırda oxunan: Almaniyalı hərbçidən ŞOK AÇIQLAMA: “Qoşunlarımız Qarabağda Azərbaycana qarşı döyüşsəydi, şansı olmazdı"

24724

Almaniya ordusu daha çox təchiz edilmiş döyüş dronlarının potensial hücumu qarşısında acizdir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Almaniyanın Müdafiə və Strateji Araşdırmalar İnstitutunun (GIDS) müasir döyüş və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Maykl Karl səsləndirib.

Alman hərbçinin fikrincə, "Bundesver (Almaniya Silahlı Qüvvələri) ikinci Qarabağ müharibəsində Azərbaycanla döyüşməli olsaydı, çətin ki, şansı olardı”.

“Döyüş dronlarının və kamikadze İHA-larının hücumundan özümüzü yetərincə qoruya bilməzdik. Orduda hava hücumundan müdafiə sistemlərinin olmaması bizim ölümümüz deməkdir”, deyə o, qeyd edib. 

Mütəxəssis hesab edir ki, Bundesverin müasir savaşda məğlub olmaması üçün yüksək texnologiyalara ehtiyacı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO