Britaniyada keçirilən “Böyük yeddilər” sammiti başa çatdı

Britaniyada keçirilən “Böyük yeddilər” sammiti başa çatdı

Hazırda oxunan: Britaniyada keçirilən “Böyük yeddilər” sammiti başa çatdı

24678

Böyük Britaniyada iyunun 11-dən 13-dək keçirilən G7 (“Böyük yeddilər”) sammiti sona çatıb.

Bizim.Media xəbər verir ki, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı liderlərinin iştirak etdiyi G7 zirvə görüşünü Boris Conson bağlayıb. G7 zirvəsinin əsas gündəm maddələrindən biri iqlim dəyişikliyi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Kasıb ölkələrə 2,3 milyard doza vaksin ayrıldı - G7 QƏRAR VERDİ


Liderlər zirvədən sonra 25 səhifədən ibarət yekun bəyannamə qəbul edib. Bəyannamədə G7 ölkələri ehtiyac duyulan ölkələrə 1 milyard doza koronavirus peyvəndi bağışlayacaqlarını açıqlayıb.

Həm də dünyada qlobal peyvənd istehsal gücünün artırılmasına, pandemiya üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə və peyvəndin inkişaf müddətlərinin qısaldılması üçün elmə dəstək verməyə borclu olduqlarını bildiriblər.

G7 ölkələri kasıb ölkələrdə məşğulluğa və sərmayəyə kömək edəcəklərini açıqlayıblar. Liderlər qlobal istiliyin artımını 1,5° C-yə qədər məhdudlaşdıraraq yaşıl inqilab etməyi qərara alıblar.

2050-ci ilədək sıfır emissiya, 2030-cu ilədək tullantıları iki dəfə azaldacaq və bu tarixə qədər quru və dənizlərin ən az 30 faizini qoruyacaqlarına söz veriblər.

Qeyd edək ki, Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikası tədbirdə qonaq ölkələr qismində iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO