ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Kraliçası II Yelizaveta ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.
Mənbə yazır ki, görüş monarxın COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin noyabrından bəri özünü təcrid etdiyi Vindsor qalasında baş tutub.
MÖVZU İLƏ BAĞLI:
ABŞ prezidenti G7 Sammiti zamanı azdı - VİDEO
Amerika lideri Kraliçanın yay iqamətgahına həyat yoldaşı Jill ilə birlikdə G7 zirvəsi bitdikdən sonra London Limanından helikopterlə gəlib.
Mərasim çərçivəsində fəxri qarovul dəstəsi Vindsor qalasının həyətində təntənəli yaylım atışları edib və orkestr ABŞ himnini səsləndirib. Bundan sonra fəxri qonaqlar və II Yelizaveta ənənəvi İngilis çay süfrəsinə gediblər.
İki lider arasındakı görüş 40 dəqiqə davam edib. Baydenin sözlərinə görə, Böyük Britaniya kraliçası Amerika liderinin iyunun 16-da görüşməyi planlaşdırdığı Çin prezidenti Xi Jinping və Rusiya prezidenti Vladimir Putinlə maraqlanıb.
Birləşmiş Ştatların başçısı II Yelizavetanı Ağ Evə dəvət edib. “Çox maraqlı insan idi, mənə anamı xatırlatdı”, deyə o, qeyd edib.
Bizim.Media