Kasıb ölkələrə 2,3 milyard doza vaksin ayrıldı - G7 QƏRAR VERDİ

Kasıb ölkələrə 2,3 milyard doza vaksin ayrıldı - G7 QƏRAR VERDİ

Hazırda oxunan: Kasıb ölkələrə 2,3 milyard doza vaksin ayrıldı - G7 QƏRAR VERDİ

24655

“Böyük Yeddilər” (G7) inkişaf etməkdə olan ölkələrə 2022-ci ilin sonuna qədər 2,3 milyard doza vaksin ayıracaq.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Alman dalğası" nəşri yayıb. Mənbə yazır ki, belə qərar İngiltərədə Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib.

Bu vaksinlərin əksəriyyəti COVAX platforması üzərindən paylanacaq.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ prezidenti G7 Sammiti zamanı azdı - VİDEO


Bu gün keçirilən mətbuat konfransında Almaniya Baş naziri Angela Merkel bildirib ki, pandemiyaya ancaq qlobal səylə qalib gəlmək olar:

“Pandemiyadan çıxış yolu vaksindir. Biz dünən bu məsələni geniş müzakirə etdik və 2022-ci ilin sonuna qədər inkişaf etmiş ölkələrə 2,3 milyard doza vaksin ayrılmasına qərar verdik”.

A. Merkel dünya ölkələrini Ümumdünya Səhiyyə Təşkilatına kömək etməyə və COVAX platformasını möhkəmləndirməyə çağırıb: “Almaniya COVAX çərçivəsində kasıb ölkələrə 350 milyon doza vaksinin ayrılmasını maliyyələşdirir”.

Almaniya Baş naziri vaksinin istehsal coğrafiyasını genişləndirməyə çağırıb və Afrikada vaksin istehsalına başlanılmasını təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO