Hindistanın hər hansı təxribat cəhdi cavabsız qalmayacaq, Pakistan xalqı ordusunun yanındadır və lazım gələrsə, birlikdə mübarizə aparmağa hazırdır.
Bizim.Media "Dawn" agentliyinə istinadən xəbər verir ki, Pakistanın dəmir yolları naziri Hənif Abbasi öz iqamətgahında Hindistanla bağlı son hadisələrə dair keçirdiyi mətbuat konfransında deyib.
Abbasi qeyd edib ki, Pakistanın müdafiə sistemləri tam hazır vəziyyətdədir və "Quri", "Qəznəvi", o cümlədən "Şahin" raketləri elə-belə istehsal edilməyib.
"Əgər Hindistan bizim su təchizatımızı kəssə, biz onların hava təchizatını kəsəcəyik", - Abbasi qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:38 / 28.04.2025
Pakistanlı nazir Hindistanı HƏDƏLƏDİ: Hava təchizatlarını kəsəcəyik
Hazırda oxunan: Pakistanlı nazir Hindistanı HƏDƏLƏDİ: Hava təchizatlarını kəsəcəyik
Hazırda oxunan: Pakistanlı nazir Hindistanı HƏDƏLƏDİ: Hava təchizatlarını kəsəcəyik
246379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.