Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili ENİŞ ETDİ - VİDEO

Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili ENİŞ ETDİ - VİDEO

Hazırda oxunan: Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili ENİŞ ETDİ - VİDEO

246088

Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Dubay-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi problem səbəbindən Bakıya təcili eniş edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya mətbuatında məlumatlar yayılıb.

Məlumata görə, sərnişinlərdən biri sərxoş halda Şeremetyevo hava limanına uçmalı olan təyyarəyə minib və qalmaqala səbəb olub. O, sərnişinlərin üstünə qışqırıb,onları vurub və stüardessaların tələblərinə məhəl qoymadan spirtli içki qəbuluna davam edib.

Sərnişinlər və təyyarə bələdçisinin köməkliyi ilə sözügedən şəxsi sakitləşdirmək mümkün olub.

Lakin həmin şəxsin nalayiq hərəkəti səbəbindən təyyarə Bakıya eniş edib və sözügedən şəxs polislər tərəfindən saxlanılaraq hava gəmisindən düşürülüb.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO