Pakistan Hindistan cəbhəsində GƏRGİNLİK: Ordu döyüş hazırlığı vəziyyətinə gətirildi

Pakistan Hindistan cəbhəsində GƏRGİNLİK: Ordu döyüş hazırlığı vəziyyətinə gətirildi

Hazırda oxunan: Pakistan Hindistan cəbhəsində GƏRGİNLİK: Ordu döyüş hazırlığı vəziyyətinə gətirildi

245764

Pakistan silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Bizim.Media xəbər verir ki, buna səbəb 26 turistin ölümü ilə nəticələnən Pahalqam hücumundan sonra Hindistan səlahiyyətlilərinin hücuma görə Pakistanı günahlandırması olub.
 

Baxmayaraq ki, Lashkar-e-Taiba ilə əlaqəli Müqavimət Cəbhəsi (TRF) hücuma görə məsuliyyəti üzərinə götürüb. Yeni Dehli, araşdırmanın nəticələrini gözləmədən yenidən xarici təhlükəyə işarə edib və Pakistanı ittiham edib.


Buna cavab olaraq, Pakistan ordu bölmələrini Nəzarət Xətti (LoC) boyunca gücləndirilib və Hərbi Hava Qüvvələri əsas bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Hindistanın 2019-cu ildə Balakota endirdiyi zərbələrdən əvvəl olduğu kimi, kəşfiyyat təyyarələri mümkün təxribat riskini nəzərə alaraq sərhəd hava məkanında post patrul bölmələri yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO