Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına CAVAB

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına CAVAB

Hazırda oxunan: Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına CAVAB

245431

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, o bu barədə TASS-a müsahibəsində danışıb.

Jurnalistin “Nə vaxtsa Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bu xüsusda hansısa siyasi ambisiyalarınız varmı?” sualına cavab verən B.Ərdoğan deyib:

“Siyasi ambisiyalarım yoxdur. Bu barədə mənə tez-tez sual ünvanlayırlar, lakin qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm”.

Onun sözlərinə görə, vaxtının çoxunu təhsil layihələrinə - məktəb, universitet, təqaüd proqramları və akademik mükafatlara həsr edir: “Öz arzularını reallaşdıra bilmələri üçün ən istedadlı və parlaq gəncləri dəstəkləyirəm. Həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunub saxlanılması üzərində işləyirəm. Həyatımı məhz buna həsr etmək istəyərdim”. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO