Aprelin 22-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.
Bizim.Media xəbər verir ki, ABŞ-dən gələn xəbərlər fonunda dünyanın ən bahalı kriptovalyutasının qiyməti 88 min dolları ötüb.
Bu, dolların zəifləməsi və Donald Trampın Federal Ehtiyat Sistemi (FED) rəhbəri Cerom Pauellin vəzifədən azad edilməsinə dair cəhdlərinə dair yenilənmiş narahatlıqlar fonunda baş verir. Belə ki, “CoinMarketCap” platformasında "bitcoin" son 24 saatda 1% bahalaşaraq 88,3 min ABŞ dollarına bərabər olub.
İlk beşlikdə olan "Ethereum", Tether, XRP və BNB isə son sutkada nisbi ucuzlaşma nümayiş etdirib.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:13 / 22.04.2025
"Bitcoin" yenidən bahalaşdı
Hazırda oxunan: "Bitcoin" yenidən bahalaşdı
Hazırda oxunan: "Bitcoin" yenidən bahalaşdı
245422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.