Rəsmi Kiyevdən Putinin atəşkəs qərarına CAVAB: 30 gün əvəzinə 30 saat

Rəsmi Kiyevdən Putinin atəşkəs qərarına CAVAB: 30 gün əvəzinə 30 saat

Hazırda oxunan: Rəsmi Kiyevdən Putinin atəşkəs qərarına CAVAB: 30 gün əvəzinə 30 saat

245046

“Kiyev martın 11-də ABŞ-ın 30 günlük tam müvəqqəti atəşkəs təklifi ilə artıq razılaşıb və Rusiya qoşunlarının faktiki olaraq bütün istiqamətlərdə atəşi dayandırmasını görmək istəyir”.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Putinin “Pasxa atəşkəsi” ilə bağlı qərarını şərh edərkən bildirib.

"Ukraynanın mövqeyi aydın və ardıcıl olaraq qalır: martın 11-də Ciddədə biz ABŞ-ın 30 gün ərzində tam müvəqqəti atəşkəs təklifi ilə qeyd-şərtsiz razılaşdıq. Rusiya bundan imtina etdi və Rusiyanın ABŞ-dan bu imtinası artıq 39 gündür ki, davam edir. Lakin bu müddət ərzində Moskva Ukraynaya, mülki strukturlara və ukraynalılara qarşı müxtəlif şərtlər irəli sürüb.
 

İndi Vladimir Putin guya atəşkəsə hazır olması barədə bəyanatlar verib. 30 gün əvəzinə 30 saat. Təəssüf ki, onun ifadələrinin hərəkətləri ilə uyğun gəlmədiyinə dair kifayət qədər təcrübəmiz var. Biz bilirik ki, onun sözlərinə etibar etmək olmaz və biz sözlərə deyil, əməllərə baxacağıq”, - deyə Sibiqa bildirib.


Sibiqa vurğulayıb ki, Rusiya istənilən vaxt 30 gün müddətinə tam və qeyd-şərtsiz atəşkəs təklifi ilə razılaşa bilər və bu təklif artıq mart ayından müzakirə olunur.

Qeyd edək ki, Putinin qərarına əsasən Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan (Bakı vaxtı ilə saat 19:00- red.) etibarən bütün hərbi əməliyyatları dayandıracaq. Atəşkəs rejimi aprelin 21-i saat 00-00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO