Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:00 / 15.04.2025
İranla sərhəddə ƏMƏLİYYAT: PUA ilə narkotik keçirmək istədilər - FOTO
Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT: PUA ilə narkotik keçirmək istədilər - FOTO
Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT: PUA ilə narkotik keçirmək istədilər - FOTO
244209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.