Çində QALMAQAL: Qadın bir dəqiqə tez çıxdığı üçün işindən qovuldu

Çində QALMAQAL: Qadın bir dəqiqə tez çıxdığı üçün işindən qovuldu

Hazırda oxunan: Çində QALMAQAL: Qadın bir dəqiqə tez çıxdığı üçün işindən qovuldu

244081

Çinin Quandun əyalətinin Quançjou şəhərindəki bir şirkətin əməkdaşının ədalətsiz işdən çıxarılması ilə bağlı qalmaqal baş verib. Şirkətdə üç il çalışan və mükəmməl peşəkar nüfuz qazanan Van soyadlı qadın, bir ay ərzində altı dəfə iş yerini müəyyən edilmiş vaxtdan bir dəqiqə əvvəl tərk etdiyi üçün işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "South China Morning Post" xəbər verir.

Kadrlar üzrə menecer Vana işdən çıxarılma səbəbini telefon vasitəsilə bildirərək, ofisdəki video müşahidə qeydlərinə istinad edib.

Lakin işəgötürən əməkdaşa pozuntular barədə xəbərdarlıq etməyib və onu əvvəlcədən xəbərdarlıq etmədən işdən çıxarmaq hüququna malik olmayıb.
 

Van şirkətin qərarı ilə razılaşmayıb və yerli əmək hüquqları orqanına şikayət edib, daha sonra isə məhkəməyə gedib. Dinləmə zamanı işdən çıxarılmanın qanunsuz və əsassız olduğu bildirilib.


Məhkəmə iddiaçının tərəfini tutub və ona kompensasiya (məbləği ictimaiyyətə açıqlanmayıb) təyin edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO