Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

Hazırda oxunan: Tanınmış aktyor vəfat etdi

243877

Amerikalı aktyor Nicky Katt 54 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, onun ölüm səbəbi hələ açıqlanmayıb. Aktyorun vəfatı hüquqi nümayəndəsi tərəfindən təsdiqlənib.

Nicky Katt, 1993-cü ildə Richard Linklaterin "Dazed and Confused" filmi ilə şöhrət qazanıb. O, həmçinin "Boston Public" serialında baş rolda çıxış edib.
 

2002-ci ildə Steven Soderberghin "Full Frontal" filmində Julia Roberts və Brad Pitt ilə birlikdə rol alıb. 2013-cü ildə isə "Behind the Candelabra" adlı Liberace bioqrafik filmində iştirak edib.


IMDb məlumatına görə, Katt son dəfə 2018-ci ildə "Casual" adlı komediya serialının bir bölümündə rol alıb. Bundan sonra o, aktyorluq fəaliyyətini dayandırıb./APA

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO