Xəbər verdiyimiz kimi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiyaya gəlib. O, Kremlin elçisi Kirill Dmitriev ilə görüşdükdən sonra ABŞ prezidenti Donald Trampa müharibəyə mümkün qədər tez son qoymaq üçün Ukraynanın dörd regionunun – Luqansk, Donetsk, Zaporojye və Xersonun Rusiyaya verilməsini dəstəkləməyi təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Ukraynada atəşkəsə nail olmağın ən qısa yolu, 2022-ci ildə qeyri-qanuni ilhaq etməyə çalışdığı Ukraynanın dörd şərq regionunun Rusiyaya mülkiyyətini təhvil verəcək strategiyanı dəstəkləməkdir”, deyə məlumatda bildirilib.
ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Vitkoffun əleyhinə çıxış edərək bildirib ki, Ukrayna “mübahisəli torpaq”la bağlı bəzi şərtləri müzakirə etməyə hazır olsa da, ərazilərin tam mülkiyyət hüququnu birtərəfli qaydada Rusiyaya verməyə heç vaxt razı olmayacaq.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş 4,5 saata yaxın davam edib.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Dünya
11:16 / 12.04.2025
Trampın nümayəndəsindən GÖZLƏNİLMƏZ TƏKLİF: “Ukraynanın 4 vilayəti Rusiyaya verilsin”
Hazırda oxunan: Trampın nümayəndəsindən GÖZLƏNİLMƏZ TƏKLİF: “Ukraynanın 4 vilayəti Rusiyaya verilsin”
Hazırda oxunan: Trampın nümayəndəsindən GÖZLƏNİLMƏZ TƏKLİF: “Ukraynanın 4 vilayəti Rusiyaya verilsin”
243719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.