2024-cü ildə dünya üzrə 1518 ölüm hökmü icra edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Amnistiya Təşkilatının hesabatında qeyd olunub.
Bildirilib ki, edamlar getdikcə daha çox təkcə cəza kimi deyil, həm də etirazçılara və etnik azlıqlara təzyiq vasitəsi kimi istifadə olunur.
Ən çox edam İran, Səudiyyə Ərəbistanı, İraq və Yəməndə həyata keçirilib. Çin edam üzrə liderliyini qoruyur, lakin bu barədə rəsmi məlumatlar gizlədilir.
Baxmayaraq ki, beynəlxalq hüquq bu cür cinayətləri ölüm cəzası üçün əsas kimi tanımır, dünyadakı bütün edamların, demək olar ki, yarısı narkotiklə əlaqəli cinayətlərlə bağlıdır.
Bizim.Media