Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O’Flaertinin “Avropa Şurası Parlament Assambleyası” adlanan qurumda Ermənistandan olan deputatların suallarına verdiyi cavablar onun məsələlərdən tam xəbərsiz olduğunu göstərir.
Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilib: “Ali komissarın ermənilərin Azərbaycana qayıdışı məsələsinə toxunub Qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışından bəhs etməməsi qəbuledilməzdir.
Biz ali komissarı insan hüquqlarına münasibətdə bir sıra Qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin girovu olmamağa çağırırıq.
Bundan əlavə, Ali komissar, hazırda Bakıda davam edən məhkəmə ilə bağlı cəzasızlığı təşviq edən açıqlamalar verməməli, əksinə Ermənistan hakimiyyətini öz ərazisində olan hərbi caniləri, o cümlədən bu gun törədilməsindən 33 il keçən Ağdaban faciəsinin günahkarlarını mühakimə etməyə çağırmalı, “Azərbaycanlıları qovmaqla 600 ilik tarixi məqsədə nail olduq” deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter Petrosyandan izahat tələb etməli, Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, azərbaycanlılara qarşı xüsusən mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:55 / 08.04.2025
Avropa Şurasının komissarı Levon Ter Petrosyandan izahat tələb etməlidir - BƏYANAT
Hazırda oxunan: Avropa Şurasının komissarı Levon Ter Petrosyandan izahat tələb etməlidir - BƏYANAT
Hazırda oxunan: Avropa Şurasının komissarı Levon Ter Petrosyandan izahat tələb etməlidir - BƏYANAT
242993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.