“Apple” Trampın rüsumlarından BELƏ YAYINDI - FOTO

“Apple” Trampın rüsumlarından BELƏ YAYINDI - FOTO

Hazırda oxunan: “Apple” Trampın rüsumlarından BELƏ YAYINDI - FOTO

242904

“Apple” Şirkəti ABŞ Prezidenti Donald Trampın yeni tariflərindən yayınmaq üçün bir həftə ərzində ABŞ-a 5 təyyarə dolusu iPhone gətirib.

Bizim.Media xəbər verir ki, “Apple” şirkəti başqa ölkələrdən idxal olunan məhsullara yeni tariflərin tətbiq edilməməsi üçün təcili olaraq ABŞ-a yeni iPhone smartfonlarının və digər cihazların tədarükünü artırıb.

Martın son həftəsində “Apple” Hindistandan ABŞ-a tamamilə yeni məhsullarla dolu beş təyyarə göndərib. Beləliklə, şirkət aprel ayından etibarən qaydaları qüvvəyə minən 10%-lik rüsumdan yayınmağı bacarıb.

Bildirilir ki, analoji tədbirlər Çində istehsal olunan cihazlarla bağlı həyata keçirilib - lakin həcmlər göstərilməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO