Polşada jurnalist Rusiyaya casusluq ittihamı ilə həbs olundu

Polşada jurnalist Rusiyaya casusluq ittihamı ilə həbs olundu

Hazırda oxunan: Polşada jurnalist Rusiyaya casusluq ittihamı ilə həbs olundu

24235

Polşada Rusiyaya casusluqda günahlandırılan bir jurnalist tutulub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı Polşanın Baş Prokurorluğuna istinadən yayıb.

Söhbət Polşanın böyük nəşri olan “Wprost”un əməkdaşından gedir. Kişinin adı Yanuş N.-dir. Jurnalisti 10 ilə qədər həbs cəzası gözləyir.

Axtarış zamanı onun evində 300 mindən çox zlot (80 min dollardan çox) və elektron daşıyıcılar tapılaraq götürülüb.

Aşkar edilib ki, Yanuş Rusiya kəşfiyyatının təlimatı ilə Avropa Parlamentində işləyənlər də daxil olmaqla Polşa və xarici siyasətçilərlə əlaqə qurmağa çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO