Moskvanın Vnukovo hava limanında kütləvi PUA hücumu səbəbindən “Kovyor” planı tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, Domodedovo və Jukovski hava limanlarında da müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Təyyarələr Moskvanın digər hava limanlarına, əsasən Şeremetyevoya göndərilir.
Qeyd edək ki, Ukrayna ordusu Moskva vilayətinə növbəti dəfə kütləvi PUA hücumu edib.
Bizim.Media