ABŞ prezidenti Donald Tramp “NBC News”a deyib ki, o, üçüncü dəfə prezident seçilə biləcəyindən danışarkən zarafat etmir.
Bizim.Media xəbər verir ki, ölkə Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci əlavəyə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər.
“Zarafat etmirəm. Bu barədə düşünmək hələ tezdir”, - deyə Tramp bildirib.
Tramp üçüncü müddətə Amerika administrasiyasının başında qalmağın bir neçə yolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, belə yollardan biri vitse-prezident Ceyms Devid Vens ən yüksək dövlət postuna seçilir, bundan sonra isə səlahiyyətlərini ona ötürür:
“Çoxları bunu etməyimi istəyir. Bununla belə, mən onlara deyirəm ki, qarşımızda hələ çox iş var, biz idarəetmənin ilkin mərhələsindəyik”.
Trampın üçüncü müddətə dövlət başçısı seçilməsi üçün ABŞ konstitutsiyası dəyişməlidir. Birinci halda, Konqresdə üçdə iki səs tələb olunacaq. İkinci halda, ştatların üçdə ikisi (50-dən 34-ü) düzəlişlər təklif etmək üçün konstitusiya konvensiyasını çağıra bilər. Hər iki üsul 50 ştatdan 38-i tərəfindən düzəlişlərin sonradan ratifikasiya edilməsini tələb edir.
“NBC News” xəbər verir ki, respublikaçıların Senatda və Nümayəndələr Palatasında inamlı çoxluğa malik olmadığını nəzərə alsaq, qurultay variantı onlar üçün daha realdır. (report.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:37 / 31.03.2025
Tramp üçüncü dəfə də prezident seçilmək istəyir
Hazırda oxunan: Tramp üçüncü dəfə də prezident seçilmək istəyir
Hazırda oxunan: Tramp üçüncü dəfə də prezident seçilmək istəyir
241643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.